Ana 5 yaşlı qızının əllərini bağlayıb damda GÜNÜN ALTINA QOYDU  VƏ... - DƏHŞƏTLİ OLAY

18:42 09.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ev tapşırıqlarını yerinə yetirmədiyi üçün 5 yaşlı qızının əl-ayağı bağlayıb damda qoyan ananın görüntüləri sosial şəbəkədə əks-səda doğurub. Görüntülərdən sonra polis araşdırmalara başlayıb və ana həbs edilib.

Hafta.az bildirir ki, sosial mediada Hindistanda ananın 5 yaşlı uşağına verdiyi vəhşi cəzadan bəhs edilir. Hindistanın Dehli şəhərində ana 5 yaşlı qızını ev tapşırığını etmədiyi üçün damda qoyub.

Qonşularından birinin çəkdiyi və sosial şəbəkədə paylaşdığı videoda Dehlinin qızmar istisində damda qalan uşağın əl-ayağının bağlandığı, uşağın qışqıraraq ondan xilas olmaq üçün ümidsizcəsinə cəhd etdiyi görünür.

Video sosial şəbəkələrdə böyük əks-səda doğurub və tezliklə viral olub. Videonun sosial mediada sürətlə yayılmasından sonra Dehli polisi uşaq və ananın kimliyini öyrənmək üçün araşdırmalara başlayıb.

Adının Sapna olduğu öyrənilən ana Yuvenal Ədalət Qanununun 75-ci maddəsinə əsasən uşaqları təqib etdiyi üçün polis tərəfindən həbs edilib. İstintaq davam edir.

İyun ayı Hindistanda ən isti aylardan biridir, bu dövrlərdə bölgədə havanın temperaturu 46 dərəcəyə qədər yüksəlir. Ancaq qəddar ananın uşağını damda qoyub getdiyi günorta saatları həm də günün ən isti saatlarıdır.

Hindistanın NDTV televiziyası ananın qızını 5-7 dəqiqə damda qoyduğunu açıqlayıb. O zaman havanın temperaturu düz 43 dərəcə idi.

Adı açıqlanmayan uşağa hadisə nəticəsində zərərin olub-olmadığı hələlik məlum deyil. Qızın atası Rac Kumar hadisə zamanı evdə olmayıb və həyat yoldaşı, 5 yaşlı qızı və 11 yaşlı oğlunun evdə tək olduğunu bildirib.

Videoda övladının terrasda bağlandığını görən kimi evə qaçdığını deyən ata "Videonu bir qohum göndərib. Arvadım qızımı əsəbləşəndə ​​belə cəzalandırdı. Çox əsəbiləşdim”.